DİM-də növbəti TOEFL IBT imtahanı keçiriləcək

DİM-də növbəti TOEFL IBT imtahanı keçiriləcək
  19 Oktyabr 2018    Oxunub:10184
Oktyabrın 20-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL IBT imtahanı keçiriləcək.
DİM-dən Azvision.az-a verilən məlumata görə, TOEFL IBT imtahanı Mərkəzin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

Saat 9.00-da başlanacaq imtahanda iştirak edəcək şəxslər saat 8.15-dək imtahan binasında olmalıdırlar. İmtahanda iştirak etmək istəyən 15 və daha aşağı yaş qrupuna aid uşaqlar valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL imtahanı haqqında ümumi məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün bu linkə https://azvision.az/redirect.php?url=http://dim.gov.az/activities/exams/toefl/ daxil olmaq lazımdır.

Azvision.az


Teqlər:





Xəbər lenti