Güləşçimiz Olimpiya çempionu oldu

Güləşçimiz Olimpiya çempionu oldu
  15 Oktyabr 2018    Oxunub:7249
Argetinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarına yekun vurulub.
Azərbaycan Güləş Federassiyasından AzVision.az-a verilən məlumata görə, sərbəst güləşçimiz Turan Bayramov (65 kq) mübarizəyə A qrupunda start verib. Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisini elə ilk hissədə çətinlik çəkmədən məğlub edib.

Bayramov Pakistan güləşçisinə də rahat qalib gəlib və A qrupunda 1-ci yeri tutub. Beləliklə, Turan Olimpiadanın finalına vəsiqə qazanıb. Həmyerlimiz finalda B qrupunun qalibi olan iranlı pəhləvanla qarşılaşıb. Dünya çempionatının yarımfinalında 8:2 hesabıyla qalib gəldiyi güləşçiylə Olimpiadanın həlledici görüşündə üz-üzə gələn Bayramov ilk hissəni 4:0 hesabıyla öndə bitirib. İkinci hissədə də təşəbbüsü əldən verməyən Turan olimpiya çempionu olub.

A qrupu

Turan Bayramov - Tahi Pehi Eynsli Uesterli (NZL) 10:0
Turan Bayramov - İnayət Ullah (PAK) 8:0

FİNAL - Turan Bayramov - Məhəmməd Baqi Kərimiseyfabad (İRİ) 6:1

AzVision.az


Teqlər: Olimpiya   Çempion   AGF   Güləş  





Xəbər lenti