AQTA sahibkarlara müraciət edib
"Qanunvericiliyin tələblərinə əsasən, dövlət qeydiyyatına alınmamış pestisidlərin və aqrokimyəvi maddələrin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə verilmir. Qida Təhlükəsizliyi Agentliyi yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verir. Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edir ki, pestisid və aqrokimyəvi maddələri müşaiyət edən sənədlər qanunvericiliyə uyğun qaydada təqdim edilmədikdə bu maddələrin ölkəyə idxalına icazə verilmir", - məlumatda vurğulanıb.
AzVision.az
Teqlər: AQTA