Səhiyyə Nazirliyi: Minaya düşən Azadın vəziyyəti pisdir

  11 Oktyabr 2018    Oxunub : 2119
Səhiyyə Nazirliyi: Minaya düşən Azadın vəziyyəti pisdir
Tərtər rayonunda minaya düşən Azad Həsənovun vəziyyəti ağırdır.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, xəstə hazırda nəzarət altındadır.

“Vəziyyəti pisdir. Xəstədə sol ayağının travmatik amputasiyası, sağ baldırın arxa səthinin geniş cırılmış yarası, xayalığın zədələnməsi və hər iki xayanın amputasiyası, hər iki saidin geniş cırılmış yarası qeydə alınıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Tərtər rayonunda yaşayan kəlbəcərli məcburi köçkün Azad Həsənov bu gün Həsənqaya kəndi ərazisində mal-qara otararkən minaya düşüb.

Şahanə Rəhimli
AzVision.az

Teqlər: Səhiyyə-Nazirliyi   Mina   Xəstəxana