ABŞ rəsmisi: “Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir
O, qeyd edib ki, “Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir: "Bir çox şirkətlər və ölkələr layihənin reallaşması üçün milyardlarla dollar sərf edib. Bu cür layihələr ölkələr arasında əməkdaşlığın parlaq nümunəsidir".
Kent eyni zamanda, ölkəsinin gücün istifadə olunmaması və ərazi bütövlüyü, xalqların müqəddəratını müəyyənləşdirmək hüququnu əks etdirən Helsinki Yekun Aktının prinsiplərinə əsaslanan Dağlıq Qarabağ münaqişəsinin dinc yola həllinə sadiqliyini vurğulayıb.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: ABŞ