Müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama

Müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama
  09 Oktyabr 2018    Oxunub:10262
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesini tənzimləyəcək qaydalar layihəsi müzakirə mərhələsindədir.
Təhsil Nazirliyindən AzVision.az-a bildirilib ki, son vaxtlar ümumi təhsil müəssisələrində sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı sosial şəbəkələrdə və müxtəlif kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir.

Nazirlikdən qeyd olunub ki, belə mühüm əhəmiyyətli tədbirin həyata keçirilməsi barədə ictimaiyyət arasında yanlış rəy formalaşdırılmasının qarşısının alınması məqsədilə hazırda “Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılma Qaydası” layihəsi mütəxəssislərin iştirakı ilə müzakirə olunur:

"Müzakirələr başa çatdıqdan sonra yekun sənəd təsdiq üçün hökumətə təqdim ediləcək. Sertifikatlaşdırma prosesinin aparılması qaydası təsdiq edildikdən sonra prosesin nə zaman və hansı formada keçiriləcəyi ilə bağlı rəsmi məlumat veriləcək".

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   müəllim  





Xəbər lenti