Biotibbi siqnallar mövzusunda seminar keçiriləcək

Biotibbi siqnallar mövzusunda seminar keçiriləcək
  09 Oktyabr 2018    Oxunub:10877
Azərbaycan Elm Assosiasiyası “Qafqaz Point Hotel”də 27 oktyabr 2018-ci il tarixində saat 11:30-da “Biotibbi siqnallar” mövzusu üzrə seminar keçirəcək.
Bədənimizdə baş verən hər bir proses, hər bir dəyişiklik bizim sağlamlığımız haqqında dolğun informasiya mənbəyi hesab oluna bilər. Ürək döyüntüləri, qan təzyiqi, qanda şəkərin miqdarı, beyinin neyroloji aktivliyi kimi göstəricilər buna misaldır.

Həkimlərin diaqnostikasında əvəzolunmaz rolu olan bu göstəricilərin hər birinin arxasında biotibbi siqnallar və onların emalı, analizi məsələləri dayanır. Bu siqnalların əldə olunması və emalı isə biotibbi texnologiya mühəndislərinin fəaliyyət dairəsinə daxildir.

Seminar çərçivəsində ən geniş yayılmış biotibbi siqnalların emal üsullarından olan elektrokardioqramma (EKQ) və elektromioqrafiya (EMQ) haqqında xüsusilə məlumat veriləcək. Bunlarla yanaşı, maqnit rezonans tomoqrafiya (MRT) üsulu və onun iş prinsipi də seminarda təqdim olunacaq.

Seminarın təqdimatçısı Elman Kərimlidir.
İştirak pulsuzdur, qeydiyyat tələb edilmir.

Daha ətraflı məlumat üçün bura daxil ola bilərsiniz.



Teqlər: Biotibb   Seminar  





Xəbər lenti