Ölkədən qanunsuz pul çıxarılmasının qarşısı alındı - FOTO
Baxışdan öncə, Gürcüstan vətəndaşı bəyənnamədə göstərdiyi 1000 ABŞ dollarından artıq pul vəsaitinin olmadığını bildirib. Lakin yoxlama zamanı yük maşınının kabinasında radio-moqnitafon üçün nəzərdə tutulmuş, ancaq boş olan hissədə kağız bağlamanın olduğu müşahidə edilib. Kağız bağlama gizlədilmiş yerdən çıxarılıb açılarkən içərisindən gömrük nəzarətindən gizlədilmiş əskinazlar-16085 ABŞ dolları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az