Naxçıvanda 8166 nəfərə sosial sığorta müavinəti verilib
Bunlardan 243 nəfər sığortaolunana əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 367 nəfər sığortaolunana hamiləliyə və doğuma görə, 1578 nəfər sığortaolunana uşağın anadan olmasına, 5372 nəfər sığortaolunana isə uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət ödənilib.
Eyni zamanda vəfat etmiş 606 nəfər sığortaolunanı dəfn etməyi öhdəsinə götürən şəxsə isə dəfn üçün müavinət verilib. Məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanlara ödənilən müavinətlər üzrə vəsait sığortaedənlər tərəfindən təqdim olunmuş haqq-hesab cədvəllərindəki bank rekvizitlərinə uyğun olaraq “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti ilə, eləcə də Muxtar Respublikada fəaliyyət göstərən digər banklar vasitəsilə onların plastik bankomat kartlarına və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələri vasitəsilə ünvanlarında ödənilib.
AzVision.az