Biskvitin içindən heroin çıxdı
Bu səbəbdən həmin yük təkrar yoxlanılıb. Baxışdan öncə, vətəndaş ona məxsus sellofan torbalarda gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, sellofan torbalardan birində olan və üzərində “Darya” sözü yazılmış yuyucu toz qutusunun içərisində 1 ədəd bükümdə, xalis çəkisi 69,690 qram olan psixotrop maddə -metamfetamin aşkar edilib.
Digər torbada isə üzərində “de nata” sözü yazılmış 3 ədəd biskvitin hər birinin içərisində 1 büküm olmaqla, ümumi xalis çəkisi 286,740 qram təşkil edən narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az