"Rusiya aviaşirkətinin Gəncəyə uçuşlara başlaması təqdirəlayiqdir"
Naqif Həmzəyev Rusiya aviaşirkətinin Gəncəyə aviareysləri Gəncə Beynəlxalq Hava Limanının potensialının maksimum istifadəsinə xidmət etməklə yanaşı Gəncə və Azərbaycanın Qərb bölgəsində turizmin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.
"Növbəti ildən Gəncə-İstanbul-Gəncə uçuşlarının sayının artırılması və Türk turistlərinin Gəncəyə gəlmələrinin təşviq edilməsi üçün planlı işlərin həyata keçirilməsi də məni çox sevindirir".
2019- cu ildə Gəncə "Avropa idman şəhəri" adına laiq görüldüyünü, bununla əlaqədar Nizami yurdunda ilboyu beynəlxalq və yerli tədbirlər keçiriləcəyini, şəhərə gələn turistlətin sayının artacağını vurğulayan millət vəkili aviareyslərin əhəmiyyətini xüsusi ilə qeyd edib.
AzVision.az
Teqlər: Gəncə Naqif-Həmzəyev