İki qurum arasında memorandum imzalanıb - FOTOLAR
O qeyd edib ki, sözügedən şirkətlə əlaqələrin qurulması nəticəsində fermerlər öz məhsullarını rahat şəkildə şəhər bazarlarına çıxara biləcəklər, onlar üçün bu sahədə lazımi şərait yaradılacaq. Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova rəhbərlik etdiyi şirkətlə bağlı məlumat verib. O bildirib ki, şirkət yeni yaradılmasına baxmayaraq, kənd təsərrüfatı sahəsində ixtisaslaşan bir sıra qurumlar və fermerlərlə əməkdaşlığa başlayıb.
Onun sözlərinə görə, bəzən fermerlərin öz məhsullarının satışı ilə bağlı problemlər olur: “Qarşıya çıxan problemləri fermerlərlə və eləcə də assosiasiya ilə birgə həll etməyə çalışacağıq”. Bundan başqa, assosiasiya ilə əməkdaşlıq memorandumunun imzalanması birgə maarifləndirici tədbirlərin təşkilində də müsbət rol oynayacaq.
L. Məmmədova bildirib ki, gələcəkdə xarici ölkələrdən mütəxəssislərin dəvət edilməsi və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur. O, həmçinin vurğulayıb ki, rəhbərlik etdiyi şirkətdə fermerlərlə iş şöbəsi yaradılıb. Tədbirdə qeyd olunub ki, bu ay "Kənddən şəhərə" layihəsi ilə bağlı paytaxtda mağaza və yarmarkaların açılışı planlaşdırılır.
AzVision.az
Teqlər: KTN