“Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə!
Qəbələdəki 4G stansiyalarının sayı artıq 6-ya çatıb və biz burada 4G şəbəkəsinin daha da genişləndirilməsi üzərində işləyirik. Bundan başqa, 16 regionda pulsuz 5 GB internet kampaniyası həyata keçiririk ki, onlardan biri də Qəbələdir. Burada yaşayan abunəçilərimiz oktyabrın sonuna kimi pulsuz internet paketi vasitəsilə 4G şəbəkəsininin üstünlüklərini sınaqdan keçirə bilərlər”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
Yeni Satış və Xidmət Mərkəzin açılış mərasimində Şirkətin "WiFi router" adlanan yeni məhsulu da müştərilərə təqdim edilib. Heç bir kabel çəkmədən, divarları, qapıları və pəncərələri deşmədən 32-yə qədər cihazı yüksəksürətli İnternetlə təmin etmək imkanı verən bu yeni məhsulun satışına artıq başlanılıb.
Qəbələdə yeni Satış və Xidmət Mərkəzinin açılışı münasibətilə burada yaşayan əhali bir ay müddətində mobil telefonlara 10%-ə qədər endirim ala, eyni zamanda telefon alarkən pulsuz nömrə və aksessuar əldə edə biləcək. Bakcell şirkəti özünün yüksək keyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəni Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə təqdim etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək.
AzVision.az
Teqlər: Bakcell