Fizika üzrə Nobel mükafatçıları məlum oldu

Fizika üzrə Nobel mükafatçıları məlum oldu
  02 Oktyabr 2018    Oxunub:9425
2018-ci il üçün fizika üzrə Nobel mükafatçılarının adları bəlli olub.

AzVision.az xəbər verir ki, bu il fizika üzrə Nobel mükafatının qalibləri amerikalı alim Artur Eşkin, fransalı tədqiqatçı Jerar Mur və kanadalı alim Donna Striklenddir. Onlar lazer fizikasında yeni kəşflərinə görə bu mükafata layiq görülüblər.
Mur və Striklend yüksək intensivlikli ultra-qısa optik impulsların çoxalma metodunun kəşfi, Eşkin isə “optik tələ” adlanan optik pinsetlərin bioloji sistemlərdə istifadəsinin mümkünlüyünə nail olduğuna görə Nobel mükafatı qazanıblar.

Qeyd edək ki, bundan əvvəl 2018-ci il üçün fiziologiya və tibb sahəsində Nobel mükafatları öz sahiblərini tapıb. Oktyabrın 3-də kimya, 5-də isə sülh üzrə Nobel mükafatı təqdim olunacaq. Ənənəyə uyğun olaraq, qaliblərin mükafatlandırılması mərasimi İsveçin paytaxtı Stokholmda 10 dekabrda – Nobel mükafatının təsisçisi, isveçli ixtiraçı Alfred Nobelin (1833-1896) ölüm günündə keçiriləcək. Mükafatlar içərisində yalnız Nobel sülh mükafatı Norveçin paytaxtı Osloda təqdim edilir. Bu il hər bir nominasiya üzrə qaliblərə veriləcək pul mükafatı isə 9 milyon isveç kronudur (təqribən 940 min ABŞ dolları).

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Nobelmükafatı   İsveç  





Xəbər lenti