BTQ ilə 3 min vaqondan çox yük daşınıb
"Bakı-Tiblisi-Qars dəmiryolu işə düşən zaman ermənilər Rusiya mətbuatında Azərbaycan əleyhinə kampaniyalar aparırdılar ki, Bakı Tiblisi-Qars Rusiyanı keçəcək. Lakin bu belə olmadı. Bu gün Rusiya Bakı-Tiblisi-Qarsa maraq göstərir".
C.Qurbanov, həmçinin yükdaşımanın artması səbəbindən hazırda vaqon çatışmazlığının olduğunu diqqətə çatdırıb: “Hazırda Qars-Axalkalaki yolundan daşınması üçün kömür var. Bundan başqa, Maqnitorskdan aylıq daşınması üçün 100-120 min ton dəmir var. Amma yüklərin daşınması üçün texniki heyətimizdə çatışmazlıq var”.
Aytən Zəhra
AzVision.az