Samur körpüsü bir ilə hazır olacaq
Onun sözlərinə görə, bu gün Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə böyük maraq var: "Dəmiryolu yükdaşımalar baxımından vacib nəqliyyatdır və bu sahədə problemlər həll edilməlidir. Bundan başqa, gömrük keçid məntəqələrində proses sürətlənməlidir ki, yüklər sərhəd keçid məntəqəsində saxlanmasın".
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev isə bildirib ki, Samur çayı üzərindəki körpü ilə bağlı hazırda aktiv iş gedir. Onun sözlərinə görə, hazırda körpünün tikintisində heç bir problem yoxdur: "Müvafiq infrastruktur hazırlanır. Bir ilə körpü hazır olacaq. Xəzərin hüquqi statusunun müəyyənləşməsi də yükdaşımalara təsir edir. Razılaşma olarsa, yükdaşımalarda problemlər həllini tapar".
Aytən Zəhra
AzVision.az
Teqlər: Şahin-Mustafayev Samur Çay Körpü