Ziya Məmmədov tapşırıq verdi

Ziya Məmmədov tapşırıq verdi
  24 Oktyabr 2013    Oxunub:1263
Nəqliyyat Nazirliyində kollegiya iclası keçirilib. Kollegiya iclasında müvafiq qurumların və strukturların hesabatları dinlənilib.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, Nəqliyyat Nazirliyində nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə bu ilin yanvar-sentyabr aylarının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

İclasda nəqliyyat naziri Ziya Məmmədov çıxışında 2013-cü ilin 9 ayının yekunları ilə bağlı geniş və ətraflı məlumat verib, Azərbaycan Dövlət Dəmir Yolunun rəisi Arif Əsgərov, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov, “Avtonəqliyyatservis” Departamentinin rəisi Çingiz Baxışevin hesabatları dinlənilib.

Kollegiya iclasının sonunda bəzi qurumların fəaliyyəti istisna edilməklə ümumilikdə nəqliyyat-yol kompleksi üzrə bu dövrün yekunları qənaətbəxş hesab edilib. Qurumların fəaliyyətində irəliləyişlərin olmasına baxmayaraq, hələ də qüsurların olduğu, avtomobil və dəmir yolları sahəsində, eləcə də sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyi vurğulanıb və şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verilib.

Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti