Kərəm Həsənov vətəndaşları qəbul edəcək

Kərəm Həsənov vətəndaşları qəbul edəcək
  24 Sentyabr 2018    Oxunub:3791
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov sentyabrın 28-də Lənkəran şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
Komitədən AzVision.az-a bildirilib ki, qəbulda Lənkəran rayonu ilə yanaşı, Astara, Lerik rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək. Qəbulda həmin rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid müraciətlərə baxılacaq. Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya komitənin aparatının (012) 490 24 08 (daxili 200 və 105), Əmlak Məsələləri Dövlət Komitəsinin Lənkəran ərazi şöbəsinin (02525) 5-15-13, 5-33-57 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin (02525) 4-71-86, (02522) 5-16-73 nömrələri ilə əlaqə saxlaya bilərlər.

AzVision.az


Teqlər: Kərəm-Həsənov   ƏMDK  





Xəbər lenti