"Bu, tamamilə yalan məlumatdır" - DİM rəhbəri cavab verdi

"Bu, tamamilə yalan məlumatdır" - DİM rəhbəri cavab verdi
  21 Sentyabr 2018    Oxunub:8696
"Abituriyentin yüksək bal toplayaraq ali məktəbə qəbul olmaması, nəticələrin saxtalaşdırılması ilə bağlı məsələ tamamilə qondarmadır"
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent Əsgəri İbrahim Əli oğlu ilə bağlı qalmaqala səbəb olan məsələyə münasibət bildirərkən deyib.

"Valideynlər Dövlət İmtahan Mərkəzində mənim iştirakımla keçirilən mətbuat konfransında narazı qaldıqları üçün məhkəməyə müraciət edəcəklərini bildirmişdilər. Biz də bunu gözləyirdik, lakin onlar heç nə etmədilər. Çünki bu, yalan məlumat idi. Təəssüf ki, bəzi şəxslər prosesdən özlərini reklam etmək üçün istifadə edirlər. Buradan mediaya müraciət edərək bildirirəm ki, hansısa məlumatın araşdırılması üçün birbaşa DİM-ə müraciət etmək olar. Eyni zamanda, bunu Mərkəzin sosial şəbəkələrdəki səhifələrinə də etmək olar. Biz hər zaman rəsmi mövqeyimizi bildiririk", - deyə DİM rəhbəri vurğulayıb.

Qeyd edək ki, DİM-in məlumatlarına əsasən, abituriyent Əsgəri İbrahim Əli oğlu yaz imtahanında 410, yay imtahanında isə 451 bal toplayıb. Nəticədə aşağı bal topladığı üçün müsabiqədən keçməyib. Sadəcə olaraq, imtahanın nəticəsi ilə bağlı olan arayış saxtalaşdırılıb və həmin namizədin yaz və yay imtahanlarında topladığı ballar yüksək qeyd olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   Məleykə-Abbaszadə  





Xəbər lenti