Qasırğa qurbanlarının sayı 88 nəfərə çatıb

Qasırğa qurbanlarının sayı 88 nəfərə çatıb
  20 Sentyabr 2018    Oxunub:2549
Filippində “Manqhut” qasırğası nəticəsində həyatını itirənlərin sayı 88 nəfərə çatıb. İtkin düşən 64 nəfərin taleyi barədə hələ də məlumat yoxdur.
AzVision.az xəbər verir ki, bu barədə “ABS-CBN” telekanalı Filippin hökumətinə istinadən məlumat yayıb. Bundan əvvəl təbii fəlakət nəticəsində ölənlərin sayının 81 nəfər olduğu bildirilmişdi.

Qeyd olunub ki, özü ilə birgə güclü yağışlar gətirən “Manqhut” qasırğası qurbanlarının əksəriyyəti Filippinin Kordilyer inzibati rayonunda qasırğanın səbəb olduğu torpaq sürüşmələrində həyatlarını itiriblər. Hazırda itkin düşən 64 nəfərin axtarışları davam etdirilir. 140 ev tamamilə dağılıb.

Xatırladaq ki, 5-ci dərəcəli “Manqhut” qasırğası sentyabrın 14-ü axşamı Filippinin şimal-qərb sahillərinə yaxınlaşıb. Bəzi adalarda küləyin sürəti saatda 170 kilometrə, dalğaların hündürlüyü isə 6 metrə çatıb. Təbbi fəlakətlə əlaqədar Filippində 800 min insan təxliyyə edilib. “Manqhut” qasırğası Çinə də 750 milyondan çox ziyan vurub, 10-na yaxın insan itkin düşüb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər:





Xəbər lenti