Avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 49,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, əmanətlərin 62,3 faizi xarici, 37,7 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 dəfə artıb, xarici valyutada əmanətlər 0,5 faiz azalıb.