Vyanada AEBA-nın 62-ci sessiyası başlayıb
Tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov da iştirak edir.
Sessiya çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin dəstəyi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçiriləcək "Sərhəd-keçid məntəqələrində radioloji nəzarətin inkişaf etdirilməsi" layihəsinin konsepsiyası, bu sahədə müvafiq təlimlərin keçirilməsi və DGK-nın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə müvafiq avadanlıqların verilməsi müzakirə olunacaq.
Bu müzakirələr DGK ilə AEBA arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək.
AzVision.az