Nazirliyə 80 min müraciət edilib
Vətəndaşlara 195-2 Çağrı Mərkəzi xidmətinin səsli menyusundan istifadə etməklə İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalar, investisiya təşviqi sənədinin, sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi, İqtisadiyyat Nazirliyinin tabeliyində olan Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin vəsaitlərindən istifadə, qrant müqavilələrinin qeydə alınması qaydası, sahibkarlıq sahəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən yoxlamaların dövlət tənzimlənməsi və istehlakçıların qanuni hüquqlarının müdafiəsi barədə ümumi məlumatları gün ərzində əldə etmək imkanı yaradılıb.
Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
AzVision.az
Teqlər: İqtisadiyyat-Nazirliyi