Heyvandarlıq Elmi-Tətqiqat İnstitutunda seminar
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib ki, heyvanların sayının yüksək səviyyədə artması, respublikada otlaq sahələinin azalması, yem bitkilərinin az miqdarda olması ona gətirib çıxarır ki, qış mövsümündə fermerlərin çətinlik çəkir. Bu məqsədlədə respublikada fəaliyyət göstərən yem zavodları artır. Bu isə yem bazasının möhkəmlənməsi deməkdir. Bizim istiqamət və iş prinsipimiz ondan ibarətdir ki, elmi tətqiqat müəsisələri fermerlərlə əlaqəli iş prinsipini qurmaq bununla da elmin son nəticələrini fermerlərə təbliğ etməkdir.
Seminarda “Buzovların düzgün yetişdirilməsi –inəklərin yüksək məhsuldarlığının təminatıdır”, “Kənd təsərrüfatı heyvanların yemlərlə zəhərlənməsi və ona qarşı mübarizə tədbirləri”, “Yemləmənin törətdiyi xəsdəliklərin səbəbləri və profilaktikası” , “Yemləmə toksin riski və nəzarəti”, “Heyvandarlıqda qeyri-ənənəvi yemləmədə istifadə olunan yem bitkilərinin genetik müxtəlifliyi və perspektiv planlar”, “Yumurta məhsullarının keyfiyyətinin artırılmasında bioaktiv maddələrin əhəmiyyəti”, “Premikslərin rasionallara tətbiq olunmasının nəticələri” və s mövzularda məruzələr dinlənilib.
Həmçinin ölkəmizdə ət və süd məhsullarına olan təlabatının 88 faiz ödənildiyinin vurğulanıb, yeni üsulların tətbiqi və qeyri ənənəvi yemləmə yolları izah edilib.
Geniş diskussiya şəraitində keçən tədbirdə fermerləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
AzVision.az