Yeni “iPhone” smartfonları təqdim edilib - VİDEO

  13 Sentyabr 2018    Oxunub : 4654
Yeni “iPhone” smartfonları təqdim edilib - VİDEO
“Apple” şirkəti yeni “iPhone” smartfon modellərini nümayiş edib.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Kaliforniyada keçirilən mərasimdə 3 yeni “iPhone” modeli – “iPhone Xs”, “iPhone Xs Max” və “iPhone Xr” təqdim olunub. Modellər ölçülərinə, ekran keyfiyyətlərinə, qiymətlərinə görə fərqlənirlər.



“iPhone Xr” modelinin qiyməti digərlərinə nisbətən ucuz olacaq - təxminən 749 dollar. Onun sarı, göy, qırmızı, narıncı və başqa rəngləri istehsal olunub.

“iPhone Xs” modeli paslanmaz dəmirdən hazırlanıb və qızılı, gümüşü, səmavı boz rəngdə istehsal olunacaq. Yeni model suya davamlıdır. Qiyməti 999 dollar təşkil edir.



“iPhone Xs MAX” isə 1099 dollardan başlayan qiymətlərlə satılacaq. “iPhone” modelləri üçün ən böyük yeniliklərdən biri də onların iki nömrəli olmasıdır. Bunlardan başqa, “Apple Watch 4”ün də təqdimatı baş tutub.

AzVision.az

Teqlər: Apple