Məktəblərdə rus bölməsi üzrə müəllim çatışmır

Məktəblərdə rus bölməsi üzrə müəllim çatışmır
  12 Sentyabr 2018    Oxunub:9100
"Son 4 ildə həm rus bölməsi, həm də Azərbaycan bölməsinə müsahibə yolla qəbul aradan qaldırılıb. Bu da rus bölməsinə marağı artırıb. Rus dilini bilənlərlə yanaşı, bu dildə danışa bilməyənlər rus sektorda oxumaq üçün müraciət edir. Nəticədə sıxlıq yaranır".
AzVision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhər Təhsil İdarəsinin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva deyib. O qeyd edib ki, bu gün rus bölməsi üzrə 273 ibtidai sinif müəllimi çatışmır.

"Problem bizi narahat edir və Təhsil Nazirliyinin qarşısında təkliflərlə çıxış edəcəyik. Kadr çatışmalığı ümumi orta və tam orta təhsil səviyyəsində daha çox hiss olunur. Kadr çatışmazlığı həllini tapmasa, əlavə siniflərin açılması mümkün deyil. Səbəb odur ki, rus bölməsi üzrə çıxarılan vakansiyaları tutmaq üçün namizədlər kifayət qədər bal toplaya bilmirlər".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti