Xarici ticarət dövriyyəsi 17 milyard dollar olub
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 24,8 faizini İtaliyaya, 8 faizini Türkiyəyə, 7,6 faizini İsrailə, 5,3 faizini Hindistana, 4,7 faizini Tayvana (Çinin əyaləti), 4,3 faizini İndoneziyaya, 4 faizini Kanadaya, 3,9 faizini Almaniyaya, hər biri 3,7 faiz olmaqla Portuqaliya və Çexiyaya, 3,6 faizini Rusiyaya, 3,2 faizini Gürcüstana, 3 faizini Fransaya, 2,6 faizini İspaniyaya, qalan 17,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,9 faizi Rusiya, 15,3 faizi Türkiyə, 10,2 faizi Çin, 6,7 faizi Almaniya, 4,9 faizi ABŞ, 4,1 faizi Ukrayna, 3,3 faizi İtaliya, 2,7 faizi İran, hər biri 2,5 faiz olmaqla İsveçrə və Yaponiya, 2,4 faizi Birləşmiş Krallıq, 2,2 faizi Belarus, 27,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
AzVision.az