Əhali ərzağa 11 milyard xərcləyib
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub
2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının 16,6 faizi ticarət müəssisələri, 50,7 faizi fərdi sahibkarlar tərəfindən, 32,7 faizi isə bazar və yarmarkalarda satılıb. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 292,8 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 147,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.
AzVision.az