Komitə 1 milyonluq torpaq cəriməsi yazıb
Dövlət agentliyinin direktoru bildirib ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti müfəttişlərimiz tərəfindən gündəlik monitorinqlər aparılmaqla həyata keçirilir. Pozuntu halları aşkar olunduqda qarşısının alınması üçün ilk növbədə, xəbərdarlıq edilir. Əgər pozuntu halı aradan qaldırılmadıqda isə inzibati protokol yazılaraq cərimə tətbiq edilir.
"Torpaqların özbaşına hasarlanması və ya zəbt olunması halları müəyyən edildikdə isə cinayət əməlinin əlamətləri mövcudluğu təsdiq olunduqda sənədlər hüquq mühafizə orqanlarına təqdim olunur. Torpaqlara nəzarət təkcə monitorinqlər yolu ilə aparılmır. Bildiyiniz kimi, ölkəmizdə torpaqların elektron kadastr uçotu sistemi yaradılır. Həmin işlərin tamamlandığı Şəki, Ağsu, Salyan və digər rayonlarda kənd təsərrüfatı təyinatlı torpaqlarda müəyyən olunmuş qeyri-qanuni tikinti işləri, təyinat dəyişmə, torpağın korlanması və digər pozuntu halları barədə elektron məlumatlar əsasında tədbirlər görülür. Hazırki dövrədək müfəttişlər tərəfindən 2746 inzibati protokol tərtib edilərək 1,7 milyon manat cərimə tətbiq edilmiş, 930 halda sənədlər hüquq mühafizə orqana orqanına təqdim olunub".
AzVision.az