Milli Məclisin deputatları Baltik forumuna yola düşür

Milli Məclisin deputatları Baltik forumuna yola düşür
  23 Oktyabr 2013    Oxunub:2477
Milli Məclisin deputatları Baltik forumuna iştirak edəcəklər.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Fuad Muradov, Çingiz Əsədullayev və Rövşən Rzayev oktyabrın 23-də Latviyanın Riqa şəhərinə səfərə yola düşəcək.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, səfərin məqsədi Baltik forumunda iştirak etməkdir.

Deputatlarımız müzakirə olunan məsələlərə Azərbaycanın mövqeyindən münasibət bildirəcəklər.

Səfər oktyabrın 26-da başa çatacaq.


Teqlər:





Xəbər lenti