Daşqınlar Şimali Koreyada 76 nəfərin həyatına son qoyub

  06 Sentyabr 2018    Oxunub : 1562
Daşqınlar Şimali Koreyada 76 nəfərin həyatına son qoyub
Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin məlumatına əsasən, KXDR-də baş verən daşqınlar nəticəsində azı 76 nəfər həlak olub.
Təbii fəlakət nəticəsində, həmçinin 75 nəfər itkin düşüb. Onların əksəriyyəti uşaqlardır.

Cəmiyyətin KXDR nümayəndəliyinin yaydığı sənəddə minlərlə insanın evlərini itirdiyi, təcili tibbi yardıma, müvəqqəti sığınacağa, ərzağa və içməli suya ehtiyaclarının olduğu bildirilir.(Azərtac)

AzVision.az

Teqlər: