4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub

4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub
  03 Sentyabr 2018    Oxunub:8251
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, bu ilin iyul-avqust aylarında keçirilən müsabiqədə 46 839 namizəd iştirak edib, 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub. Müsabiqədən uğurla keçən şəxslər sentyabrın 5-dək müvafiq yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Sentyabr ayının birinci yarısında isə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesi həyata keçiriləcək.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Müəllim   İmtahan   Müsabiqə  





Xəbər lenti