Naxçıvanda məktəbli yarmarkası keçiriləcək

Naxçıvanda məktəbli yarmarkası keçiriləcək
  30 Avqust 2018    Oxunub:5529
Bu gündən sentyabrın 16-dək Naxçıvan şəhəri Xətai küçəsindəki Mərkəzi Bazarda və rayon mərkəzlərində keçiriləcək ənənəvi məktəbli yarmarkası saat 9-dan 14-dək əhaliyə xidmət göstərəcəkdir.
AzVision.az-ın məlumata görə, yarmarkada əhaliyə münasib qiymətlərlə yüksək keyfiyyətdə xüsusi geyim və idman formaları, ayaqqabı və məktəbli ləvazimatları təklif olunacaq.

AzVision.az


Teqlər: Naxçıvan   Məktəb  





Xəbər lenti