Gömrükdə 19 minə yaxın pirotexniki vasitə aşkarlanıb

Gömrükdə 19 minə yaxın pirotexniki vasitə aşkarlanıb
  24 Avqust 2018    Oxunub:1896
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına "Vaz 21214" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, baxış zamanı avtomobildə gömrük nəzarətindən gizlədilən üzərində "Big Cracker" yazısı olan 870 ədəd və "Enigmabg" yazısı olan 18000 ədəd pirotexniki vasitələr aşkar edilib.





AzVision.az


Teqlər: DGK   Gömrük  





Xəbər lenti