Balakən qatarının yolda qalma səbəbi açıqlandı

Balakən qatarının yolda qalma səbəbi açıqlandı
  11 Avqust 2018    Oxunub:1434
11 avqust 2018-ci il tarixində aramsız yağan leysan yağışlarının təsiri nəticəsində Zaqatala rayonunun ərazisindən keçən Lahıc çayı dəmir yolunun Qax-Zaqatala mənzilinin 132-ci km-də dəmir yolundan 2 km aralı məsafədə məcrasını dəyişib, 300 metr məsafədə dəmir yolu yatağını yuyaraq zədələyib.
Azərbaycan Dəmir Yolları QSC-dən AzVision.az-a verilən məlumata görə, Bakı-Balakən marşrutu ilə hərəkət edən 664 №-li sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edib. Belə ki, Zaqatala və Balakən stansiyalarına gedən sərnişinlər Qax stansiyasından avtobuslarla mənzil başına yola salınıb.

Hal-hazırda təbii fəlakət yerində - dəmir yolunda bərpa işləri aparılır. Bu gün Balakən-Bakı sərnişin qatarı Bakıya Qax stansiyasından yola salınacaqdır.

Sərnişinlərin nəzərinə çatdırılır ki, 11 avqust 2018-ci il tarixdə Bakı-Balakən sərnişin qatarı Bakıdan cədvəl üzrə yola salınacaqdır.

AzVision.az


Teqlər: Dəmiryolları   Qatar   Balakən  





Xəbər lenti