Azərbaycandan 100 min çıxaran İran vətəndaşı tutuldu

Azərbaycandan 100 min çıxaran İran vətəndaşı tutuldu
  04 Avqust 2018    Oxunub:9042
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda milli valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, Bakı-Dubay aviareysilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin onun baqajı rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və onun yükləri təkrar yoxlanılıb.

Yoxlama zamanı, vətəndaşın iki çamadanından birində 45.000 AZN, digərində 40.000 AZN, əl yükü olan çantasında isə 15.000 AZN olmaqla, cəmi 100.000 Azərbaycan manatı aşkar edilib.

AzVision.az


Teqlər: DGK   Valyuta   Gömrük  





Xəbər lenti