“Nar” Şəkidə 4G şəbəkəsini qurdu
2018-ci ildə “Nar” 4G şəbəkəsinin əhatə etdiyi bölgələr bunlardır: Ağdaş, Ağcabədi, Cəlilabad, Daşkəsən, Gəncə, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Oğuz, Qax, Qazax, Quba, Qusar, Qəbələ, Saatlı, Salyan, Siyəzən, Şabran, Şəki, Şamaxı, Şəmkir, Şirvan, Tovuz, Ucar, Xaçmaz, Yardımlı, Yevlax, Zaqatala. “Nar” böyük sürətlə 4G şəbəkəsini həm paytaxt Bakıda, həm də regionlarda artırır. Hazırda ölkə ərazisində 1292 sayda 4G baza stansiyaları fəaliyyətdədir.
Qeyd edək ki, ötən il “Nar” zəng xidmətlərinin keyfiyyətinin yüksəldərək “HD-Voice” xidmətini tətbiq etmiş və keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə Azərbaycanda ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları şəbəkə testləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdı.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
AzVision.az