Avstraliya parlamenti “erməni soyqırımı”nı müzakirə edir

Avstraliya parlamenti “erməni soyqırımı”nı müzakirə edir
  25 İyun 2018    Oxunub:1507
Avstraliya parlamentinin aşağı palatasında “erməni soyqırımı”nın tanınmasına dair sənəd üzrə müzakirələr aparılır.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Avstraliyanın beynəlxalq səviyyədə ilk humanitar yardımı kontekstində təqdim olunan sənəddə “erməni soyqırımı”nın tanınmasının vacibliyi qeyd olunur.
Uydurma soyqırıma dair sənədin müəllifləri Avstraliya nümayəndələr palatasının üzvləri Trent Zimmerman və Con Aleksandrdır. “Erməni soyqırımı”nın tanınmasına parlamentin aşağı parlamentinin koalisiya qüvvələri də dəstək çıxıblar.

“Ümid edirik ki, bu müzakirələr Avstraliya tərəfindən “erməni soyqırımı”nın rəsmən tanınmasına gətirib çıxaracaq” – deyə Avstraliyadakı erməni milli Komitəsi parlamentdəki müzakirələri şərh edib.

Lakin sənədin müəlliflərindən başqa, müzakirələrdə uydurma soyqırım yalnız 3 deputat - Kris Boen, Stüart Robert və Anna Eli tərəfindən dəstəklənib. Beləliklə də, “erməni soyqırımı”nın tanınmasına dair sənəd qəbul edilməyib.

QEyd edək ki, saxta erməni soyqırımı Avstraliya parlamentində ilk dəfədir ki, müzakirəyə çıxarılıb.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Avstraliya  





Xəbər lenti