226 ildən sonra bir ilk - Qadın rəhbər oldu

226 ildən sonra bir ilk - Qadın rəhbər oldu
  23 May 2018    Oxunub:3124
Nyu-York Fond Birjasına rəhbərlik edəcək Steysi Kaninqem qurumun 226 illik tarixi ərzində ilk qadın prezidenti olacaq.
"Anadolu" agentliyinin məlumatına görə, Steysi Kaninqem, 2014-cü ildən birjanın prezidenti olan Tomas Farlini əvəz edəcək. Birjada 1996-cı ildən işləyən Steysi Kaninqem qurumun tarixində 67-ci prezident olacaq.

Xatırladaq ki, ABŞ-ın ikinci böyük birjası olan NASDAQ-a isə ötən ilin yanvar ayından xanım Adena Fridman rəhbərlik edir.

AzVision.az


Teqlər: Birja   ABŞ  





Xəbər lenti