Turizm sahəsində 7,3 faiz artım qeydə alınıb

Turizm sahəsində 7,3 faiz artım qeydə alınıb
  22 May 2018    Oxunub:1287
“Son 10 ildə turizm infrastrukturuna göstərilən diqqət öz nəticəsini verir. Bu sahədə aparılan islahatlar nəticəsində ötən il 5,9 faiz artım müşahidə olunub”.
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, turizm sahəsində artım tempi 2018-ci ildə də davam edib. Onun sözlərinə görə, yanvar-aprel aylarında turizm sahəsində 7,3 faiz artım müşahidə olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Turizm   Sevinc-Həsənova  





Xəbər lenti