Fermer və sahibkarlar üçün təlimlər keçirilib

Fermer və sahibkarlar üçün təlimlər keçirilib
  22 May 2018    Oxunub:1069
Mayın 21-də Füzuli və Beyləqan rayonlarında Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən fermerlərin iştirakı ilə pambığın becərilməsi, aqrotexniki qulluq məqsədilə müxtəlif texnikalardan istifadə, zərərvericilərlə mübarizə tədbirlərinin aparılması, müxtəlif tərkibli pestisidlərdən istifadə qaydasının öyrədilməsi məqsədilə sahə nümayişi və təlimlər keçirilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, sahə nümayişlərində müxtəlif texniki vasitələrin istifadə qaydaları, onların tənzimlənməsi mexanizatorlar tərəfindən əyani şəkildə göstərilib.

Təlimlərdə fermerlərlə geniş müzakirələr aparılıb və onların sualları ətraflı şəkildə cavablandırılıb.

AzVision.az


Teqlər: Nazirlik   Təlim   Fermer  





Xəbər lenti