Büdcə parlamentdə müzakirəyə çıxarılır

Büdcə parlamentdə müzakirəyə çıxarılır
  21 May 2018    Oxunub:1159
Sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunacaq.

Belə ki, 2017-ci ilin dövlət büdcəsinin gəlirlərinə və xərclərinə baxılacaq.

Həmçinin iclasda “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişikliklər müzakirə ediləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Komitə   İclas  





Xəbər lenti