Azər Ayxan :`Hanı o dil pəhləvanları?`

  10 Oktyabr 2013    Oxunub : 900
Azər Ayxan :`Hanı o dil pəhləvanları?`
"Yeni Müsavat" qəzetinin baş redaktorunun I müavini Azər Ayxan özünün facebook hesabında müxalifəti qınayan status paylaşıb.

AzVision.az statusu təqdim edir:

"Hanı o dil pəhləvanları, sinə cıran, həşir qoparan yalançı qəhrəmancıqlar, liderlərinin tumanı altında gizlənən vələdüzinalar? Niyə bu saxtakarlığa etiraz əlaməti olaraq bircə aksiya keçirmədilər bu gün? Niyə YAP-ın qarşısındakı bayram törənini pozmağa cəhd etmədilər? Niyə MSK qarşısında 30 nəfər gənc piket keçirmədi? "Yeni Müsavat"ı söymək deyil ki, hamı növbəyə dura. Allahsızlıq, vicdansızlıq, nankorluq deyil ki, bir-birinin ayağını tapdaya. Bax, busunuz də. Ona görə də diliniz əməlinizə, cəsarətinizə görə çıxsın. Üst-üstə 50-cə nəfər tapılmadı bu ölkənin müxalifətində ki, YAP-ın "qələbə" sevincini burnundan töksün... Saxtakarlıq bayramına soğan doğrasın. Fəqət, sabah "Yeni Müsavat"ı qabaqlarına qoyub bir-birilərinə deyəcəklər ki, niyə filan şeyi peşman cür yazıblar? Niyə jurnalistlər bizim yerimizə bu iqtidarla savaşmırlar? Axırda da bizi qorxaqlıqda, iqtidara işləməkdə suçlayan feysbuk statusları yazacaqlar bu cəsarət və igidlik simvollar?))))))."

AzVision.az

Teqlər: