Aqrar sahənin elmi inkişaf perspektivləri müzakirə olunub
“Biz hər bir institutun öz fəaliyyət konsepsiyasını hazırlamalı, institusional islahatlar aparmalı, tədqiqat, dəstək və aqrotreninqlərdən geniş istifadə etməliyik. Həmçinin, prioritetlərin müəyyənləşdirilməsi üçün əvvəlcə metodologiya işləyib hazırlamalı və bu sahədə beynəlxalq təcrübədən yararlanmalıyıq. Bu bizim əsas fəaliyyət prinsiplərimizdir”,-deyə baş direktor müşavirədə vurğulayıb.
Ə.Eyvazov qeyd edib ki, bu gün dünyada qlobal və regional çağırışlar ətrafında ən müasir seleksiya metodlarından, biotexnoloji molekulyar genetikadan istifadə, virussuz toxumların yetişdirilməsi, iqlim dəyişiklikləri ilə bağlı adaptasiya planlarının hazırlanması dövrümüzün aktual məsələlərindən biridir.
Ə.Eyvazov onu da vurğulayıb ki, ölkədə bir sıra sahələrin, o cümlədən pambıqçılığın, üzümçülüyün, şərabçılığın və digər aqrar sahələrin inkişafı ilə bağlı dövlət proqramları təsdiq olunub. Bu dövlət proqramları həmin sahələrdə çalışan alim və mütəxəssislərimiz üçün istinad nöqtəsi olmalıdır.
Sonda hər bir institutun fəaliyyəti barədə hesabatı dinlənilib və qarşıya qoyulan hədəflərə çatmaq üçün geniş fikir mübadiləsi aparılıb.
AzVision.az