Trampdan Paşinyana məktub: “Qarabağ münaqişəsi həll edilməlidir” - (VİDEO)

“Baş nazir seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Sizinlə qarşılıqlı maraq doğuran bir çox sahələrdə, o cümlədən ticari əlaqələrimizin inkişafı, demokratik institutların gücləndirilməsi və regional təhlükəsizlik sferalarında birgə işləməyi gözləyirəm” – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti, həmçinin Ermənistanla əlaqələrin inkişafını sürətləndirəcək bir sıra şərtlər açıqlayıb ki, bura Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli də daxildir.
“İkitərəfli münasibətlərimizin inkişafına korrupsiya ilə mübarizədə irəliləyiş, Ermənistanda siyasi partiyaların ölkə həyatında rolunun gücləndirilməsi və Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həlli qatqı verə bilər”
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: ABŞ Tramp Paşinyan Qarabağ