Şimali Karolina qubernatoru Azərbaycanı təbrik edib

Şimali Karolina qubernatoru Azərbaycanı təbrik edib
  16 May 2018    Oxunub:1233
Şimali Karolina ştatının qubernatoru Roy Kuper Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin xüsusi bir hadisə olduğunu vurğulayaraq ölkəmizi təbrik edib.
Onun təbrik məktubunda Şimali Karolinada yaşayan Azərbaycan icması üzvlərinin cəmiyyətə töhfələrinin tanındığı vurğulanıb.

R.Kuper Azərbaycan mədəniyyətini və irsini təbliğ edən və qoruyan bir ənənəni müşahidə etməyə və 100 illiyi qeyd etməyə çağırıb. Sonda qubernator 100 illiyin qeyd olunması və gələcək uğurlar ilə bağlı xoş arzularını çatdırıb.



AzVision.az


Teqlər: ABŞ   Qubertanor  





Xəbər lenti