Azərbaycanda 4500 Türkiyə vətəndaşı səs verəcək - (VİDEO)

AzVision.az-ın məlumatına görə, bunu Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib. Diplomat deyib ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və prezident seçkilərində səs verəcəklər:
Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.
Elvin Abdulqədirov
AzVision.az