Paşinyan: “Azərbaycanla danışıqlar aparmağa hazıram”

Paşinyan: “Azərbaycanla danışıqlar aparmağa hazıram”
  08 May 2018    Oxunub:6118
“Baş nazir seçiləcəyim təqdirdə ilk olaraq təmas xəttində operativ vəziyyətlə tanış olacağam”.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri postuna namizəd, müxalifət lideri Nikol Paşinyan deyib.
Paşinyan parlamentdəki çıxışında gələcək fəaliyyət proqramlarının bəzi nüanslarını açıqlayacağını bildirib, lakin Nazirlər Kabinetinin formalaşdırılması barədə ətraflı məlumat verməyib.

Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi barədə danışan Paşinyan Azərbaycan hökuməti ilə münaqişənin həlli istiqamətində danışıqları aparmağa hazır olduğunu bəyan edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Qarabağ  





Xəbər lenti