Paşinyan ABŞ və Rusiya səfirləri ilə danışıqlar aparıb

Paşinyan ABŞ və Rusiya səfirləri ilə danışıqlar aparıb
  04 May 2018    Oxunub:1321
Ermənistan müxalifətinin lideri, baş nazir postuna namizəd Nikol Paşinyan diplomatik korpusun nümayəndələri ilə danışıqlar aparıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan Rusiya, ABŞ və Gürcüstanın İrəvandakı səfirləri, Avropa İttifaqının nümayəndəliyinin rəhbəri ilə Ermənistandakı siyasi böhranı müzakirə edib.

Paşinyan diplomatları ölkə daxili siyasi böhranın aradan qaldırılması üçün əldə olunan razılaşmalar barədə məlumatlandırıb.

AzVision.az


Teqlər: Paşinyan   Ermənistan   Səfir  





Xəbər lenti