İrəvanda yenidən kütləvi etirazlar başlayır - CANLI YAYIM

İrəvanda yenidən kütləvi etirazlar başlayır - CANLI YAYIM
  02 May 2018    Oxunub:2728
Ermənistanın paytaxtı İrəvanda yenidən etirazlar başlayır.

AzVision.az xəbər verir ki, Nikol Paşinyanın çağırışı ilə tərəfdarları küçələrə çıxır, mərkəzi yolları bağlayırlar.


Qeyd edək ki, ötən gün Ermənistan parlamentinin xüsusi iclası keçirilib. İclasda yeni baş nazirin seçilməsi səsverməyə çıxarılıb. Etiraz hərəkatının lideri Nikol Paşinyan yeganə namizəd olsa da, deputatlar onu baş nazir seçməyiblər. Bundan sonra Paşinyan Ermənistan xalqını ümummilli tətilə çağırıb.

“Saat 08.15-dən etibarən kütləvi vətəndaş itaətsizliyinə, ümummilli tətilə başlayırıq, küçələri, magistralları, aeroporta aparan bütün yolları bağlayırıq”.

AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Paşinyan  





Xəbər lenti